Aserbajdsjansk

Karensenin norveç dilinin bütün səviyyələrinin daxil olduğu onlayn kursu NoTe Norwegian Teaching onlayn tədrisə xoş gəlmisiniz. Bizim norveç dili kursumuz sizi norskprøven norveç dili testi və Bergen testinə hazırlayır, həmçinin UDİ (İmmmiqrasiya idarəsi) və Kompetanse Norge tərəfindən təsdiqlənmişdir. Onlayn kurslarımız ana dili norveç dili olan və bu dili müxtəlif üsullarla öyrətməkdə uzun müddət təcrübəsi olan müəllimlər tərəfindən keçirilir.

Onlayn kursun üstünlüyü

Bizim kursumuz onlayndır və beləliklə də çox elastiktir. Nə vaxt və harada istəsən öyrənə bilərsən! Kurslarımız istənilən şəraitdə olan insanlara, belə ki, çox məşğul olmağınızdan və ya  işləməyinizdən, evdə olmağınızdan və ya təhsil almağınızdan asılı olmayaraq sizə uyğun olacaqdır. 

Kurslarımız A1, A2, B1, B2 və C1 səviyyələrində tədris olunur. Beləliklə də siz dili öyrənməyə yeni başlamısınızsa və ya artıq daha yüksək səviyyədə bilirsinizsə, və özünüzü daha da inkişaf etdirmək istəyirsinizsə sizə uyğun kurs seçə bilərsiniz. Kurslardan maksimum yararlanmaq üçün hər gün 2-3 saat məşğul olmağı tövsiyyə edirik. 

Tibb sahəsində və bağçalarda çalışanlar üçün tibbi və bağça norveç dili kurslarımız da var. Əlavə olaraq şifahi norveç dilini inkişaf etdirmək istəyənlər üçün danışıq dərslərimiz də mövcuddur. Sosial biliklər kursu keçməli olanlar üçün 50 saatlıq dərsləri norveç, ingilis və ərəb dilində təklif edirik.

Professional müəllimlər və keyfiyyətli kurs

Onlayn tədris 2015-ci ildən fəaliyyətə başlayıb. Norveç dili kursunu yaratmaq üçün Karense 15 illik norveç dili müəllimliyi təcrübəsindən yararlanırki, bu da nəticəsini keyfiyyətində göstərir. Onlayn tədrisdə tələbələrimizə istiqamət verən ixtisaslı norveç dili müəllimlərimizdən ibarət bütov bir komandamız var. Onlayn kurslarımızla yanaşı siz eyni zamanda Karensenin Youtube videoları, podcast yayımları, səsli mesajları, İnstagram hesabı və Facebook qrupu da daxil olmaqla ödənişsiz mənbələrimizdən faydalana bilərsiniz.

Müxtəlif kanallarımız barədə buradan əlavə oxu.

Fərdi bələdçiliyi olan kurslar

Onlayn kurslarımız oxuma, dinləmə, yazılı tapşırıqlar və səs yazısından ibarətdir. Təqdim olunan yazılı tapşırıqlar müəllimlərimiz tərəfindən oxunur, düzəlişlər edilir və qiymətləndirilir. Burada siz gələcəkdə özünüzü daha da inkişaf etdirmək üçün məsləhətlər əldə edirsiz. Hər kursa nələr daxil olduğunu görmək üçün ətraflı oxuyun və ya bizə e-mail göndərin

Kurslarımıza buradan baxın.

Kurslarda həmçinin ayda 1 saat müəllimlə söhbət da daxil edilir. Bu dərslər tələffüzü inkişaf etdirmək üçün olan danışıq dərslərinə və norveç dilində tək yazmaqda və oxumaqda yox, həm də danışıqda daha yaxşı olmaq üçün istifadə oluna bilər. Eyni zamanda bu saatda misal üçün, sizə aydın olmayan qramatikanın üzərindən keçə və ya iş müsahibəsinə də hazırlaşa bilərsiniz.

Dərsdən sonra siz öyrəndiklərinizlə, təkrarlamalı olduğunuz sözlərlə və faydalı mənbələrə linklərlə birgə söhbətin sənədini əldə edirsiniz.

Bütün səviyyələrdə ingilis dili kursu

NoTe həmçinin bütün səviyylərdə ingilis dili və işgüzar ingilis dili kurslarını təklif edir. 1-6 aydan B1 səviyyəyədək davam edən onlayn kurslarımız var. Kursu bitirdikdən sonra daha yüksək səviyyədə davam etmək istəsəniz müəllimlə dərslər ala bilərsiniz.

İngilis dili kurslarından təkcə ingilis dili öyrənmək istəyənlər deyil, həm də xarici universitetlərdə təhsil almaq üçün TOEFL və İELTS testlərinə hazırlaşanlar da yararlana bilər. İngilis dili müəllimimiz ABŞ-dandır və Norveçdə yaşayır.

Karense ilə tanış olun

Youtube kanalında Karensedən öyrənə və onlayn dərslərindən yararlana bilərsiniz. Onlayn kurslarımızın necə olduğunu görmək üçün aşağıdakı videoya baxın:

Qeydiyyatdan keçin

Kurslarımızda sizləri tələbələrimiz kimi görməyi səbrsizliklə gözləyirik. Harada olmağından və hansı səviyyədə olmağından asılı olmayaraq hərkəsi xoş qarşılayırıq. Hədəfimiz sizin norveç dilini daha yaxşı mənimsəməyinizdir.

Kontakt

+47 400 48 599
post@note.no